Hesabat | Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə gender baxışı

Qadın, Sülh və Təhlükəsizlik üzrə Məşvərət Şurası (Women, Peace and Security Advisory Council) tərəfindən “Məcburi köçkünlərin Qarabağa qayıdışı: Prosesə gender baxışı” adlı araşdırma aparılıb. Araşdırmanın məqsədi Qarabağa qayıdış prosesində məcburi köçkün qadınların ehtiyac və gözləntilərini öyrənməkdir. Bu çərçivədə, həm də, 705 məcburi köçkün qadın arasında sorğu keçirilib.

Agora Analitik Kollektivin üzvü Fərid Mehralızadə hesabatın hazırlanmasında tədqiqatçı kimi iştirak edib.  

Hesabat aşağıda qeyd olunan başlıqları əhatə edir:

  • Qayıdış prosesi ilə bağlı məlumatlandırma, planların, ehtiyacların və gözləntilərin müəyyən edilməsi;
  • Məşğulluq və bacarıqların artırılması;
  • Ömürboyu və qeyri-formal təhsil, uyğunlaşma və icma quruculuğu;
  • Qadınların spesifik ehtiyacları;
  • Təhlükəsizlik və sülh;
  • Anket sorğusunun tapıntıları.

 

Hesabatın mətni ilə bu keçidə və ya aşağıdakı üz qabığına daxil olaraq tanış ola bilərsiniz.

 

Müəllif
Fərid Mehralızadə
Fərid Mehralızadə
Agora - Analitik Kollektivin həmtəsisçisidir. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə bakalavr, İstanbul Universitetində isə İqtisadi Siyasət üzrə magistr təhsili alıb. İqtisadi siyasət mexanizmləri, dayanıqlı inkişaf, sosial siyasət, regional və gəlir bərabərsizliyi onun əsas araşdırma istiqamətləridir.

Paylaş