Agora - Analitik Kollektiv 2022-ci ildə müxtəlif sahələrdə çalışan tədqiqatçılar və ekspertlər tərəfindən qurulmuş beyin mərkəzidir. Kollektiv sosial və iqtisadi siyasət və sosial elmlərin digər istiqamətləri üzrə bilik yaradır. Fəaliyyət istiqamətlərimizə araşdırmalar, siyasət analizləri, məqalələrin dərci, dataların vizuallaşdırılması, ictimai müzakirələrin və ictimai siyasətin analizi üzrə təlimlərin təşkili daxildir.

Missiya:

Agora - Analitik Kollektivin missiyası keyfiyyətli və aydın analizlər çatdırmaqla Azərbaycan cəmiyyyətinin sosial və iqtisadi məsələlərdə məlumatlılığını artırmaqdır. Biz ictimai siyasət sahələri ilə bağlı yenilikçi ideyalar ilə çıxış etməyi və bu sahələr üzrə yeni ekspertlərin, tədqiqatçıların və fəalların yetişdirilməsini hədəfləyirik.

Vizyon

Biz dövlət siyasətinin hazırlanması prosesində iştirakçılıq mexanizmlərinin qurulmasını və məlumatlı cəmiyyətin qərarların qəbuluna təsir imkanları olmasını xəyal edirik.

Prinsiplər

Bizim təşkilati prinsiplərimiz müstəqillik, inkluzivlik və kollegiallıqdır. Faəliyyətimizdə əsas tutduğumuz prinsiplər obyektivlik, keyfiyyət və mütərəqqilikdir. Dəstəklədiyimiz prinsiplərə iştirakçılıq və vətəndaş hüquqlarına hörmət daxildir.

Bizə qoşul

Agora – Analitik Kollektiv üzv olmaq istəyənlər üçün açıqdır.

Əgər siz yeni başlayan və ya təcrübəli tədqiqatçısınızsa bizə qoşula bilərsiniz. Bunun üçün, lütfən, contact@agora-az.org ünvanında bizə yazın. Üzv olmaqla siz kollektivin fəaliyyətində iştirak edə, mentorluq xidmətindən yararlana, yazıları dərc edə, müzakirələrə qoşula və ümumi tədqiqat işlərinə tövhə verə bilərsiniz. Üzvlük tələbi kollektivin analitik fəaliyyətində (dərclər və müzakirələr) davamlı iştirakdır.

Kollektivə qoşulmadan dərc etməyi düşünürsünüzsə, onda analitik və ya tədqiqat məqaləsi, siyasət icmalı ya bloqla bağlı ideyanızı bizə göndərin. Əlaqə: contact@agora-az.org