Agora Söhbətləri | Orta məktəb təhsili bizə hansı bacarıqları qazandırmalıdır?

 

Agora – Analitik Kollektiv sizi ilk Agora Söhbətinə dəvət edir. Söhbət dəyirmi masa formatında baş tutacaq. Müzakirədə təhsil sahəsində təcrübəli ekspertlərin, eləcə də bu sahənin müxtəlif istiqamətlərdə təcrübəli olan şəxslərin iştirakı gözlənilir.

 

Mövzu: Orta məktəb təhsili bizə hansı bacarıqları qazandırmalıdır?

 

Təsvir: Orta məktəblərdə tədrisin keyfiyyəti şagirdlərin sonrakı təhsil və iş həyatlarına, eləcə də fərd kimi formalaşmasına ciddi təsir göstərir. Məktəblərin şagirdlərə hansı tip bilik və bacarıqlar verməsi məsələsi tez-tez suallar ortaya çıxarır. Lakin, bunun ictimai müzakirəsi məhdud səviyyədə həyata keçirilir. İlk Agora Söhbətinin məqsədi dəyirmi masa formatında aşağıdakı sualları dərindən müzakirə etmək və cavablar tapmaqdır.

 

Müasir yanaşmaya görə təhsil sistemi şagirdlərə hansı bilik və bacarıqları qazandırmalıdır? Azərbaycan məktəbləri şagirdlərə tələb olunan bilik və bacarıqları qazandıra bilirmi? Azərbaycanda keyfiyyətli təhsil əlçatımlı və inkluzivdirmi? Dövlətin təhsil siyasəti necə qurulmalıdır?

 

Yer: Baku Community Space (133 Bəşir Səfəroğlu Küçəsi, Bakı 1009, SAT Plaza, 7-ci mərtəbə)

 

Tarix: 18 Oktyabr, 19:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin səsi yazılaraq sonra poskast formasında saytımızda yerləşdirilə bilər.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş