Sorğu | Azərbaycanda tələbələr aldıqları təhsildən nə qədər məmnundur?

Agora Analitik Kollektiv Azərbaycanda yerləşən 28 fərqli universitetdə təhsil alan 600 tələbə arasında sorğu keçirib. Sorğunun əsas məqsədi tələbələrin ali təhsil müəssisələrində aldıqları təhsilin keyfiyyətindən və ali təhsil müəssisələrinin onlar üçün yaratdıqları imkanlardan məmnunluğu öyrənməkdir.

 

Sorğu 8 noyabr – 23 dekabr 2023-cü il tarixləri arasında Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində üz-üzə formatda keçirilib. Sorğu kvota nümunələndirməsi əsasında həyata keçirilib. Bu o deməkdir ki, sorğuda iştirak edənlər arasında cinslər, təhsilin ödəniş forması, ali təhsil müəssisəsinin Bakı və paytaxdan kənar yerləşməsi, universitetin dövlət və ya özəl olması kimi göstəricilər üzrə qeydə alınan xüsusi çəkilər ölkə ortalaması ilə uyğunluq təşkil edir.

 

 

Sorğu nəticələrinin hesabatı ilə tanış olmaq üçün keçid edin.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş