Agora Söhbətləri | Azərbaycandan beyin axını niyə baş verir?

 

Agora – Analitik Kollektiv sizi növbəti ictimai müzakirəsinə dəvət edir.

 

Mövzu: Azərbaycandan beyin axını niyə baş verir?

 

Təsvir: Beyin axını təhsilli və peşəkar şəxslərin daha yaxşı şəraitdə çalışmaq üçün bir ölkədən və ya sektordan digərinə köçü ilə bağlı olan fenomendir və bu, insan kapitalı ilə birbaşa əlaqəlidir. Bunun ölçülməsi üçün yetərincə səhih məlumat və göstəricilər mövcud olmasa da, Azərbaycandan beyin axınının yüksək səviyyədə olduğu media və ekspertlər tərəfindən tez-tez vurğulanır.

 

BMT-nin 2020-ci ilin ortalarına olan hesabatlarına görə, Azərbaycanda immiqrasiya göstəricisi əhalinin 10 faizindən çox hissəsinə bərabərdir. Azərbaycandan gedən vətəndaşların əhəmiyyətli bir hissəsi ölkənin inkişafı üçün vacib olan sektorları tərk edən mütəxəssislərdir ki, bu da insan kapitalı böhranına səbəb ola bilər. Məsələn, qeyd olunur ki, Almaniyada həkimlər arasında əhali nisbətində ən çox sayda olan əcnəbilər Azərbaycanlılardır. Müşahidələr göstərir ki, texnologiya sektorundan da axın mövcuddur. Daha bir məsələ, xaricdə təhsil üçün gedən gənclərin ölkəyə qayıtmağa maraq göstərməməsidir.

 

Son illərdə xaricdə təhsil, kadr hazırlığı, texnologiya sahələrində yeni dövlət proqramları başladılsa da, struktur problemlər qaldığı müddətcə, onların effektivliyi şübhə altına düşür.

 

Bu müzakirənin məqsədi, beyin axınının əsas sahələrinə, sabəblərinə və nəticələrinə diqqət çəkməkdir. Müzakirədə həm mövzu üzrə təcrübəsi olan ekspert və tədqiqatçılar, həm də müxtəlif səbəblərdən ölkəni tərk etmiş və ya tərk etməyə hazırlaşan peşəkarlar iştirak edəcək.

 

Iştirakçılar:

İbrahim Nİftiyev – İqtisadi Siyasət üzrə Doktor, Szeged Universiteti

Türkan Əliyeva – Həkim, Almaniya

Fərid Mehralızadə – İqtisadi təhlilçi

Nəcmin Kamilsoy – Siyasət təhlilçisi

Orxan Zakirov – Texnologiyalar üzrə mütəxəssis

Sahilə Zeynal – Digital marketinq mütəxəssisi

 

Yer: İştirak Evi (Jalə Plaza, 5-ci mərtəbə –  Şamil Əzizbəyov 140)

 

Vaxt: 18 mart, saat 16:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasə formasında dərc olunacaq.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş