Vizual data | Azərbaycan Səfalət İndeksi

 

 

“Səfalət İndeksi” ölkələrin iqtisadi vəziyyətini və rifah səviyyəsini ölçmək üçün istifadə olunur. İndeks işsizlik faizi və inflyasiya faizinin toplanması ilə hesablanır. İşsizliyin artması gəliri olmayan insanların sayısının artdığını, inflyasiyanın yüksəlməsi isə həyat bahalılığını göstərdiyi üçün, indeksin yüksəlməsi səfalətin artdığına işarə edir. Paylaşdığımız qrafikə əsasən, Azərbaycanda 2020-ci ildən etibarən səfalət indeksinin yüksək artım trendi müşahidə olunur.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş