Vizual data | Azərbaycanın Formula 1 xərcləri və adambaşına düşən ÜDM müqayisəsi

 

Bu həftə Bakı şəhərində Formula 1 (F1) üzrə Azərbaycan Qran Prisi keçirildi. Dünyanın 20-dən çox ölkəsində keçirilən yarışların Azərbaycanda keçirilən hissəsi ilə bağlı gəlir və xərclər ictimaiyyətə açıqlanmır.

Lakin müxtəlif mənbələrdən öyrənmək olur ki, Azərbaycanda yarışları keçirən qurum olan Bakı Şəhər Halqası, F1 yarışlarının keçirilməsi üçün 2022-ci il mövsümündə 55 milyon dollar ödəyib. Bu, F1 keçirilən ölkələr arasında ən böyük ödənişdir.

Hazırladığımız infoqrafikdən məlum olur ki, F1 üçün ən böyük ödənişlər Azərbaycanla yanaşı neft resursu zəngin olan ərəb ölkələrinə də şamil edilir. Avropa, Asiya və Amerika qitələrində keçirilən yarış xərcləri orta hesabla 2 dəfə azdır.

Buna baxmayaraq, F1 keçirilən ölkələr arasında Azərbaycan adambaşına düşən Ümumdaxili Məhsul (ÜDM) göstəricilərisinə görə son yerdədir.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş