Vizual data | Azərbaycanda tibb işçiləri və xəstəxana çarpayısı təminatı

MDB ölkələri arasında hər 10 min nəfərə düşən həkim və xəstəxana çarpayısı sayına görə Azərbaycan on ölkə arasında sondan 4-cü yerdə qərarlaşıb. 10 min nəfərə düşən tibb işçisi sayına görə isə sondan ikici sıradadır.

 

Cədvəl 1:  MDB ölkələri üzrə səhiyyə datası (mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi)

 

1991-2022-ci illər arasında müxtəlif sahələr üzrə həkimlərin sayına nəzər saldıqda, istisnasız bütün illər üzrə terapevt, cərrah, ginekoloq, pediatr və stomatoloq ixtisaslarının ilk beşlikdə qəralaşdığını müəyyən etmək mümkündür. İlk beşlikdə say artım tempinə baxdıqda isə bu sahələr üzrə say stabilliyi nəzərə çarpır. Stomatoloqların sayında artım tempi stabil olsa da, digər dörd sahənin həkimlərinin sayında 2011-ci ildən bəri əsasən azalma müşahidə olunur.

 

Cədvəl 2: İllər üzrə müvafiq sahələrdə çalışan həkimlərin sayı (mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi)

 

Qeyd edilən illər üzrə ən çox artım şüa diaqnostikası həkimləri kateqoriyasında müşahidə edilir, belə ki, 2022-ci ildə bu sahə üzrə həkimlərin sayı 1991-ci illə müqayisədə təxminən 3 dəfəyə yaxın artaraq 1487-yə çatıb. Gigiyena-Epidemioloqların sayı qeyd edilən dövr ərzində təxminən yarıya enib.Nevropatoloqların sayı 2011-dən bəri stabil olaraq qalıb. Dermato-veneroloaqlar isə həmin illə müqayisədə azalıb.

 

Cədvəl 3: İllər üzrə müvafiq sahələrdə çalışan həkimlərin sayı (mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi)

 

Psixiatrların hazırki sayı 1991-ci illə müqayisədə daha azdır. İdman-müalicə həkimləri və ftiziatorlar bütün illər üçün sıralamanın sonunda qərarlaşıb. Bu iki sahə üzrə həkim sayında dövri olaraq azalmalar qeydə alınmışdır.

 

Cədvəl 4: İllər üzrə müvafiq sahələrdə çalışan həkimlərin sayı (mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi)

Müəllif
Mərmər-Gülçin Cəfərli
Mərmər-Gülçin Cəfərli
İsveçrənin Qlion Ali Təhsil İnstitutunda Daşınmaz Əmlak Maliyyəsi və Gəlirlərin İdarə edilməsi üzrə bakalavr təhsili alıb. O, biznes mühiti, inkluziv iş yeri və sirkulyar biznes mövzularında araşdırma aparır.

Paylaş