Agora Analitik Kollektiv Birinci Sosial-İqtisadi Təhlil Məktəbinə müraciətlərin qəbulunu elan edir. Məktəbin məqsədi gənclərin sosial-iqtisadi mövzularda yazılı təhlil bacarıqlarını artırmaqla yeni nəsil ekspertlərin yetişməsinə töhfə verməkdir. Proqram aparıcı universitetlərin müvafiq kursları əsasında hazırlanıb və 10 təlim seansından ibarətdir. Təlimlər sosial elmlərin müxtəlif sahələrində ixtisaslaşmış alimlər, tədqiqatçılar və ekspertlər tərəfindən keçiləcək.
Təlim çərçivəsində iştirakçılar sosial tədqiqat və onun metodları, dövlət siyasətlərinin sahələri (iqtisadi, təhsil, ətraf mühit və s.), data toplanması və sübutlara əsaslanan təhlil ilə bağlı bilik və bacarıqlarını artıracaq, həm də praktiki olaraq siyasət icmalı (policy brief) hazırlamaq imkanı əldə edəcəklər. Məktəbin formatına əsasən, tələbələr ilk 3 təlim seansından sonra öz mövzularını müəyyənləşdirəcək və mentorların dəstəyi ilə proqramın sonuna qədər öz sosial-iqtisadi təhlil mətnlərini yazacaqlar.
Yekunda uğurlu iştirakçıların siyasət icmallarını təqdim etməsi üçün ekspertlərin iştirakı ilə konfrans keçiriləcək. Mətnlər Agora vebsaytı və digər platformalarda dərc olunacaq. Uğurlu iştirakçılar mükafatla təltif olunacaq.
Tarixlər: 14 Oktyabr, 2023 – 30 Yanvar, 2024. Şənbə günləri.
İştirakçılar sosial elmlər üzrə təhsil alan tələbələr və yeni məzunlar arasından seçiləcək. Magistratura və doktorantura pilləsində təhsil alanlara və ya daha öncə tədqiqatla məşğul olanlara öncəlik veriləcək. İştirakçılar arasında gender balansı qorunacaq. Seçilmiş iştirakçılar oktyabrın ilk həftəsi məlumatlandırılacaq.
Məktəb ödənişsizdir və Bakı Community Space ofisində (offline) keçiriləcək.
Proqram 10 təlim seansından ibarətdir. Ətraflı məlumat seçilmiş iştirakçılarla paylaşılacaq.
Müraciət üçün aşağıdakı formanı doldurun. Son müraciət tarixi 29 sentyabrdır.
Əlavə məlumat üçün bizə yaza bilərsiniz: contact@agora-az.org