Sorğu | Azərbaycanda ibtidai sinif şagirdlərinin gələcək üçün peşə seçimləri: regional və tədris dili müstəvisində fərqlər

Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan ibtidai sinif (1-4-cü sinif) şagirdləri arasında gələcəkdə hansı peşəyə sahib olmaq istədikləri ilə bağlı sorğu keçirib. Sorğuda 861 ibtidai sinif şagirdi iştirak edib. Sorğunun əsas məqsədi ölkə üzrə ibtidai sinif şagirdlərinin gələcəkdə hansı peşələrə yiyələnmək istədiklərini müəyyənləşdirmək, eləcə də yaşayış yerinin (paytaxt və əyalətlər) və tədris dilinin (Azərbaycan, rus və ingilis) buna təsirini öyrənməkdir.

 

Sorğu 18 oktyabr – 18 noyabr 2023-cü il tarixlərində üzbəüz həyata keçirilib. Sorğuda iştirak edənlərin 46 faizi (392 nəfər) Abşeron yarımadasında, 56 faizi (469 nəfər) isə ölkənin digər bölgələrində yaşayan ibtidai sinif şagirdlərindən ibarətdir. Ümumilikdə 12 inzibati rayon və şəhərdə yaşayan ibtidai sinif şagirdləri iştirak edib. Şagirdlərin 53 faizi oğlan (455 nəfər), 47 faizi (406 nəfər) qızlardır.

 

Araşdırmanın nəticələri ilə bağlı hesabatla keçidə daxil olaraq tanış ola bilərsiniz.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş