Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğunun əsas məqsədi Azərbaycanda gənc əhali arasında müxtəlif ölkələrə və iqtisadi-siyasi birliklərə qarşı münasibətlərin öyrənilməsidir. Sorğu çərçivəsində respondentlərin, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı düşüncələri öyrənilib.
Sorğu 20 noyabr – 27 dekabr 2022-ci il tarixlərində hibrid metodlarla həyata keçirilib. Respodentlərin bir hissəsi sualları üzbəüz müsahibələrlə cavablandırıb. Eyni zamanda, könüllülər sorğuda istifadə edilən sorğunun suallarından ibarət linki öz icmaları vasitəsilə yayıb (əsasən, sosial şəbəkələrdə müxtəlif mövzulu yerli qruplarda). Diqqət yetirilib ki, respondentlər gənc əhalinin sadəcə müəyyən seqmentləri ilə məhdudlaşmasın.
İctimai rəy sorğusunda iştirak edən respodentlərin 56 faizi Abşeron yarımadasında, 44 faizi isə ölkənin digər bölgələrində yaşayan şəxslərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub.
Sorğunun nəticələrinə bu link və ya aşağıdakı təsvir vasitəsilə keçid edə bilərsiniz.