Agora - Analitik Kollektiv 2022-ci ildə müxtəlif sahələrdə çalışan tədqiqatçılar və ekspertlər tərəfindən qurulmuş beyin mərkəzidir. Kollektiv sosial və iqtisadi siyasət və sosial elmlərin digər istiqamətləri üzrə bilik yaradır. Fəaliyyət istiqamətlərimizə araşdırmalar, siyasət analizləri, məqalələrin dərci, dataların vizuallaşdırılması, ictimai müzakirələrin və ictimai siyasətin analizi üzrə təlimlərin təşkili daxildir.

Missiya:

Agora - Analitik Kollektivin missiyası keyfiyyətli və aydın analizlər çatdırmaqla Azərbaycan cəmiyyyətinin sosial və iqtisadi məsələlərdə məlumatlılığını artırmaqdır. Biz ictimai siyasət sahələri ilə bağlı yenilikçi ideyalar ilə çıxış etməyi və bu sahələr üzrə yeni ekspertlərin, tədqiqatçıların və fəalların yetişdirilməsini hədəfləyirik.

Vizyon

Biz dövlət siyasətinin hazırlanması prosesində iştirakçılıq mexanizmlərinin qurulmasını və məlumatlı cəmiyyətin qərarların qəbuluna təsir imkanları olmasını xəyal edirik.

Prinsiplər

Bizim təşkilati prinsiplərimiz müstəqillik, inkluzivlik və kollegiallıqdır. Faəliyyətimizdə əsas tutduğumuz prinsiplər obyektivlik, keyfiyyət və mütərəqqilikdir. Dəstəklədiyimiz prinsiplərə iştirakçılıq və vətəndaş hüquqlarına hörmət daxildir.

Farid Mehralizada
farid.mehralizada@agora-az.org
Fərid Mehralızadə

Agora - Analitik Kollektivin həmtəsisçisidir. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə bakalavr, İstanbul Universitetində isə İqtisadi Siyasət üzrə magistr təhsili alıb. İqtisadi siyasət mexanizmləri, dayanıqlı inkişaf, sosial siyasət, regional və gəlir bərabərsizliyi onun əsas araşdırma istiqamətləridir.

farid.mehralizada@agora-az.org
NK
najmin.kamilsoy@agora-az.org
Nəcmin Kamilsoy

Agora - Analitik Kollektivin həmtəsisçisidir. O, vətəndaş cəmiyyəti sahəsində tədqiqatçı və konsultant kimi fəaliyyət göstərir. Hazırda Çarlz Universitetinin doktorantıdır. Daha öncə həmin universitetdə İctimai və Sosial Siyasət üzrə magistr təhsili alıb. O, təşkilati davranış, inkişafa yardım və siyasi sistemlər mövzularına fokuslanır.

Lala
Lalə Mahmudova

Fulbright programı təqaüdçüsü və gender tədqiqatçısıdır. Çikaqonun Loyola Universitetində Qadın və Gender Elmləri üzrə magistr təhsili alıb. O, Azərbaycanda məişət zorakılığı, bullinq, və digər qadın və gender məsələləri ilə bağlı bir neçə elmi yazıların müəllifidir və həmin sahələr üzrə müstəqil konsultant kimi çalışır.

Orxan
Orxan Zakirov

Avstraliyanın Kvinslend Universitetində İnformasiya Sistemləri üzrə magistr təhsili alıb. O, nəqliyyat, infrastruktur və texnologiyalar sahəsində araşdırmaçıdır.

Sahila
Sahilə Zeynal

Sahilə Zeynal Naxçıvan Dövlət Universitetindən İqtisadiyyat ixtisası üzrə məzun olub. O digital marketinq sahəsində ixtisaslaşır və kollektivin bu istiqamətdə inkişafına kömək edir.

Namig
Namiq Kərimov

Qafqaz Universitetində beynəlxalq münasibətlər, Bergamo Universitetində isə beynəlxalq təlükəsizlik, terrorizm və radikallaşmanın qarşısının alınması siyasətləri üzrə magistr dərəcələri almışdır. Hazırda sosial tədqiqat metodlarının tədrisi üzrə akademik fəaliyyət göstərir, həmçinin anti-feminizm, radikallaşma və terrorizm, mütəşəkkil cinayətkarlıq mövzuları üzrə tədqiqatlar aparır

Bizə qoşul

Agora – Analitik Kollektiv üzv olmaq istəyənlər üçün açıqdır.

Əgər siz yeni başlayan və ya təcrübəli tədqiqatçısınızsa bizə qoşula bilərsiniz. Bunun üçün, lütfən, contact@agora-az.org ünvanında bizə yazın. Üzv olmaqla siz kollektivin fəaliyyətində iştirak edə, mentorluq xidmətindən yararlana, yazıları dərc edə, müzakirələrə qoşula və ümumi tədqiqat işlərinə tövhə verə bilərsiniz. Üzvlük tələbi kollektivin analitik fəaliyyətində (dərclər və müzakirələr) davamlı iştirakdır.

Kollektivə qoşulmadan dərc etməyi düşünürsünüzsə, onda analitik və ya tədqiqat məqaləsi, siyasət icmalı ya bloqla bağlı ideyanızı bizə göndərin. Əlaqə: contact@agora-az.org