Elan | Təqdiqat əsaslı təcrübə proqramı

Agora Analitik Kollektiv Tədqiqat əsaslı Təcrübə proqramına müraciətlərin qəbulunu elan edir. Təcrübə proqramının əsas məqsədi tələbə və məzunların tədqiqat bacarıqlarının inkişafına töhfə verməkdir. 12 həftəlik təcrübə proqramı onlayn formatda keçiriləcək.

 

Təcrübə proqramında nəzərdə tutulur :

– Təyin olunmuş mövzularla bağlı indiyədək yazılmış tədqiqatlarla tanışlıq;
– Mövzu ilə bağlı mövcud datalarla tanışlıq;
– Metodların müəyyənləşdirilməsi;
– Tədqiqat planının hazırlanması;
– Tədqiqat prosesi;
– Mentorluq dəstəyi.

 

Tədqiqat Mövzuları :

– Azərbaycanda regional bərabərsizliklərin səbəbləri, nəticələri və həlli yolları;
– Azərbaycanda yoxsulluqla mübarizə siyasəti;
– Azərbaycanda işsizlik və işsizliyin azaldılması siyasəti;
– Azərbaycanda qadınların əmək bazarında iştirakçılığı.

 

Tələblər :

– Sosial-iqtisadi elmlər üzrə bakalavr və magistatura pillələrində təhsil alan tələbələr və məzunlar;
– Analitik düşünmə və təhlil bacarığı;
– İngilis dili biliyi arzu olunandır.

 

Müraciət üçün 1) CV və ya rezümenizi 2) Motivasiya məktubunu (maksimum 500 söz) contact@agora-az.org ünvanına göndərə bilərsiniz.

 

Müraciət üçün son tarix : 31 Mart , 2024

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş