Agora Söhbətləri | Məişət zorakılığına qarşı dövlət siyasəti effektivdirmi?

 

Analitik Kollektiv sizi növbəti Agora Söhbətinə dəvət edir. Söhbət dəyirmi masa formatında baş tutacaq və geniş auditoriya üçün açıqdır. Müzakirədə gender və məişət zorakılığına qarşı mübarizə sahəsində təcrübəli ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri iştiral edəcək. Müzakirə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində keçirilir.

 

Mövzu: Məişət zorakılığına qarşı dövlət siyasəti effektivdirmi?

 

Təsvir: Son dövrlər Azərbaycanda qadınlara qarşı zorakılıq hadisələri tez-tez cəmiyyətin gündəminə gəlir. Təkcə rəsmi rəqəmlərə görə, 2021-ci ildə Azərbaycanda 46 qadın məişət zorakılığı nəticəsində qətlə yetirilib. Növbəti Agora Söhbətinin məqsədi dəyirmi masa formatında aşağıdakı sualları dərindən müzakirə etmək və cavablar tapmaqdır:

Azərbaycanda qadınlara qarşı zorakılıq əleyhinə hansı fəaliyyət proqramları mövcuddur?

Məişət zorakılığına qarşı mübarizədə hansı dövlət və ictimai aktorlar iştirak edir?

Azərbaycanın bu sahədə hansı öhdəlikləri var və bu öhdəliklər yerinə yetirilirmi?

Məişət zoraılığına qarşı 2020-2023 milli fəaliyyət planının icra vəziyyəti nə yerdədir?

 

Yer: Baku Community Space (133 Bəşir Səfəroğlu Küçəsi, Bakı 1009, SAT Plaza, 7-ci mərtəbə)

 

Tarix: 26 Noyabr, saat 15:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasəsi paylaşılacaq.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş