Agora Söhbətləri | Seçki sistemləri və prosesləri: Türkiyə nümunəsi

 

Agora – Analitik Kollektiv sizi Siyasi Təhsil Mərkəzi ilə birgə növbəti ictimai müzakirəsinə dəvət edir.

 

Mövzu: Seçki sistemləri və prosesləri: Türkiyə nümunəsi

 

Təsvir: 14 may tarixində Türkiyədə kəskin rəqabət şəraitində prezident və parlament seçkiləri keçirildi. Rəsmi rəqəmlərə görə, 64 milyon seçicinin 88.9 faizi seçkilərdə iştirak edərək öz iradəsini ifadə edib. Prezident seçkisinin nəticələrinə əsasən, iki aparıcı namizəd – Recep Tayyip Erdoğan və Kemal Kılıçdaroğlu 50 faizlik səs həddini keçmədi və seçkinin ikinci turu təyin edildi. Proporsional seçki sistemi əsasında keçirilən parlament seçkisində isə hakim partiya AKP öz müttəfiqi MHP ilə birgə parlamentdəki çoxluğunu qoruyub saxladı.

 

Bu müzakirənin məqsədi 14 mayda keçirilən iki seçkinin təcrübəsi əsasında Türkiyənin prezident və parlament seçki sistemini nəzərdən keçirməkdir. Həmin seçkilər Azərbaycanda da böyük diqqətə səbəb oldu. Ölkəmizdə seçkilərdə iştirakçılıq səviyyəsi aşağı olsa da, cəmiyyətin böyük bir kəsimi Türkiyədəki seçkilərlə bağlı aktiv mövqe ifadə etdi. Müzakirədə həm də bunun səbəbləri təhlil olunacaq.

 

Əsas suallar: Türkiyədəki seçkilər hansı siyasi şəraitdə keçirildi? Türkiyənin seçki sistemləri hansı formada inkişaf edib? Türkiyədə əsas siyasi aktorlar hansılardır? Azərbaycanda Türkiyə siyasəti niyə əvvəlki seçki dövrlərindən daha çox müzakirə olunur? Türkiyə seçki nümunəsindən nə öyrənə bilərik?

 

Yer: İştirak Evi (Jalə Plaza, 5-ci mərtəbə –  Şamil Əzizbəyov 140)

 

Vaxt: 20 may, saat 16:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasə formasında dərc olunacaq.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş