Agora Söhbətləri | Sosial iş Azərbaycanda hansı problemlərin həllinə səmərəli töhfə verə bilər?

 

Agora Analitik Kollektiv və Ubuntu Sosial İş Dərnəyi sizi “Sosial iş Azərbaycanda hansı problemlərin həllinə səmərəli töhfə verə bilər?” sualı ətrafında birgə təşkil olunan müzakirəyə dəvət edir.

 

Agora Söhbətləri çərçivəsində keçirilən ictimai müzakirədə Azərbaycanda sosial işin mövcud olduğu sahələr və ehtiyaclar, sosial işin tədrisi, onun qanunverciliyi, xarici ölkələrin müsbət təcrübələri ətrafında ekspert və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə fikir mübadiləsi aparılacaq.

 

Tədbir hamı üçün açıqdır və xüsusilə də, hazırkı sosial iş tələbələri üçün yararlı ola bilər.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş