Agora Söhbətləri | İctimai iştirakçılıq: İnstitusional mühit və mövcud təcrübələr

 

Agora – Analitik Kollektiv sizi növbəti ictimai müzakirəsinə dəvət edir. Artikl 54 təşəbbüs qrupu ilə birlikdə təşkil olunan ictimai müzakirə hər kəsin iştirakı üçün açıqdır. Müzakirədə ictimai iştirakçılıq mövzusu ilə bağlı təcrübəli ekspertlər, vətəndaş cəmiyyəti fəalları və tədqiqatçılar iştirak edəcək.

 

Mövzu: İctimai iştirakçılıq: İnstitusional mühit və mövcud təcrübələr

 

Təsvir: İctimai iştirakçılıq vətəndaşların və icmaların idarəçilikdə qərarların qəbuluna təsiri baxımından əhəmiyyət kəsb edir. Ölkəmizdə vətəndaş iştirakçılığı ilə bağlı qanunvericilik mövcud olsa da, bu, praktiki səviyyədə institusional iştirakçılıq imkanları yaratmır. Həmçinin, məsələnin regionlardakı şərait, gender, sosial-iqtisadi vəziyyət kimi aspektlərinə yetərincə diqqət olunmur. Müzakirənin məqsədi aşağıdakı suallar çərçivəsində iştirakçılığın çətinliklərini, müxtəlif təcrübələri və çıxış yollarını müəyyənləşdirməkdir.

 

– İctimai iştirakçılığın hansı prinsip və məqsədləri var?

– Azərbaycanda ictimai iştirakçılıqla bağlı qanunvericiliyin çatışmazlıqları nələrdir?

– Hüquqi müstəvi və praktiki vəziyyət uyğunlaşırmı? Məsələn, ictimai şuralar öz funksiyalarını yerinə yetirirmi?

 – Qanunda öz əksini tapmayan hansı iştirakçılıq imkanları mövcuddur?

 

Yer: Baku Community Space (133 Bəşir Səfəroğlu Küçəsi, Bakı 1009, SAT Plaza, 7-ci mərtəbə)

 

Vaxt: 18 Fevral, 18:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasə formasında dərc olunacaq.

 

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş