Agora Söhbətləri | Su çatışmazlığı, kənd təsərrüfatı və yerli icmalar

 

Agora – Analitik Kollektiv sizi növbəti ictimai müzakirəsinə dəvət edir.

 

Mövzu: Su çatışmazlığı, kənd təsərrüfatı və yerli icmalar

 

Təsvir: Son dövrlər Azərbaycanda gündəmin əsas mövzularından biri su çatışmazlığı və bunun artan mənfi təsirləridir. Yerli icmalar nəinki kənd təsərrüfatı və suvvarma, həmçinin, içməli su təminatı baxımından da bu problemlə üzləşirlər. BMT-nin hesabatlarına görə, Azərbaycan su çatışmazlığının ən yüksək həddə olduğu ölkələrdən biridir.

 

Azərbaycan Cənubi Qafqazın ərazisinə görə ən böyük ölkəsi olsa da, bölgənin şirin su ehtiyatının cəmi 10 faizi bu ölkənin payına düşür. Üstəlik, həmin ehtiyatların 70 faizə yaxını ölkə sərhədlərindən kənarda formalaşır. Azərbaycan, həm də, suyun ən çox israf edildiyi ölkələrdən biridir. Müasir suvarma sistemlərinin tətbiqi baxımından da, Azərbaycan geri qalır. Suvarılan torpaqların 5 faizindən də azında bu müasir suvarma sistemlərindən istifadə edilir.

 

Ötən illərdə yerli icmaların suya çatımlılığı ilə bağlı narazılıqları da artıb. Rəsmi səviyyədə su resurslarının idarə edilməsi ilə bağlı addımlar atılsa da, problem ciddiliyini qorumağa davam edir. Nəzərə aldıqda ki, Azərbaycanda məşğul əhalinin 30 faizdən çoxu kənd təsərrüfatı ilə məşğuldur, ölkədə su çatışmazlığı əhalinin həm iqtisadi, həm də sosial rifahı baxımından çoxlu risklər yaradır.

 

Bu müzakirənin məqsədi, su çatışmazlığı probleminin müxtəlif sosial qruplara təsirinə, eləcə də bunun gender aspektinə diqqət çəkməkdir. Müzakirədə həm mövzu üzrə təcrübəsi olan ekspert və tədqiqatçılar, həm də yerli icmalarla çalışan vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcək. 

 

İştirakçılar:

Bayram Axundov: urbanist-tədqiqatçı (Moderator)

Ramil Azməmmədov – Kənd təsərrüfatı layihələri üzrə mütəxəssis

Vəfa Nağı – Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyəsiin üzvü

İsa İbrahimli – Aqrar sığorta eksperti

Lalə Mahmudova – Gender tədqiqatçısı

 

Yer: İştirak Evi (Jalə Plaza, 5-ci mərtəbə –  Şamil Əzizbəyov 140)

 

Vaxt: 29 aprel, saat 16:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasə formasında dərc olunacaq.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş