
Agora – Analitik Kollektiv və Bakı Araşdırmalar İnstitutu sizi birgə təşkil etdiyi ictimai müzakirəyə dəvət edir.
Mövzu: Azərbaycanda beyin mərkəzlərinin rolu və çətinlikləri
Təsvir: Son illərdə regionda, eləcə də Azərbaycanda beyin mərkəzləri həm sayca, həm də fəaliyyət istiqamətləri baxımından artıb. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyaları var. Onların əsas məqsədi ictimai əhəmiyyət kəsb edən mövzularda qərarvericilərə tövsiyələr hazırlamaq və geniş sosial müzakirə yaratmaqdır. Bəs Azərbaycanda beyin mərkəzlərinin belə imkanları varmı? Beyin mərkəzləri iqtisadiyyat, sosial rifah, xarici siyasət, yerli özünü-idarəetmə, təhsil, infrastruktur və digər sahələrdə dövlət siyasətinə təsir edə bilimi? Bu istiqamətdə hansı işlər görülür? Müsbət və mənfi təcrübələr, eləcə də çatışmazlıqlar nələrdir? Bu müzakirənin məqsədi müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə qeyd edilən sualları cavablandırmaqdır.
Qonaqlar:
Məhəmməd Məmmədov, Topçubaşov Mərkəzi
Vüsalə Rüstəmova, Sosial Tədqiqatlar Mərkəzi
Nəcmin Kamilsoy, Agora Analitik Kollektiv
Pünhani Əsgərli, Siyasi Təhsil Mərkəzi (moderator)
Məhəmməd Məmmədov, Topçubaşov Mərkəzi
Vüsalə Rüstəmova, Sosial Tədqiqatlar Mərkəzi
Nəcmin Kamilsoy, Agora Analitik Kollektiv
Pünhani Əsgərli, Siyasi Təhsil Mərkəzi (moderator)
Yer: Baku Community Space (133 Bəşir Səfəroğlu Küçəsi, Bakı 1009, SAT Plaza, 7-ci mərtəbə)
Vaxt: 28 Sentyabr, 19:00