Agora Söhbətləri | Platforma iqtisadiyyatı əmək bazarını inkişaf etdirir, yoxsa zərər vurur?

 

Agora Analitik Kollektiv və Muzdalan təşəbbüsü sizi “Agora söhbətləri” seriyasında yeni görüşünə dəvət edir. Söhbət dəyirmi masa formatında baş tutacaq və geniş auditoriya üçün açıqdır. Müzakirədə məşğulluq və əmək bazarı, eləcə də işçi hüquqları sahəsində təcrübəli ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edəcək.

 

Mövzu: Platforma iqtisadiyyatı əmək bazarını inkişaf etdirir, yoxsa zərər vurur?

 

Təsvir: Son dövrlər Azərbaycanda Uber və Wolt kimi platforma şirkətlərində çalışanların sayında kəskin artım müşahidə edilir. Məşğulluq imkanlarının artması ilə yanaşı, bu mövzu ilə bağlı gündəmə gələn məsələlərdən biri də işçilərin əmək hüquqları ilə bağlıdır. Platforma şirkətləri işçilərlə xidmət müqaviləsi bağlayır, bu isə işçiləri müxtəlif növ əmək hüquqlarından məhrum edir (məzuniyyətdən istifadə etmək, müxtəlif növ sığortalardan faydalanmaq, minimum əməkhaqqı almaq və s.). İşçi hüquqlarının pozulması səbəbi ilə son dövrlər platforma şirkətləri ilə əməkdaşlıq edən işçilər bir neçə dəfə tətil elan edib.

 

Növbəti Agora Söhbətinin məqsədi dəyirmi masa formatında aşağıdakı sualları dərindən müzakirə etmək və cavablar tapmaqdır:

 

– Platforma şirkətləri Azərbaycan iqtisadiyyatına və əmək bazarına necə təsir edir?
– Platforma şirkətlərinin fəaliyyəti necə tənzimlənir?
– Platforma işçiləri öz fəaliyyətlərində hansı çətinliklərlə qarşılaşır?
– Platforma şirkətlərinin ictimai maraqlara uyğun fəaliyyəti və əmək hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır?

 

Yer: Baku Community Space (133 Bəşir Səfəroğlu Küçəsi, Bakı 1009, SAT Plaza, 7-ci mərtəbə)

 

Tarix: 25 Dekabr, saat 16:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasəsi paylaşılacaq.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş