Agora Söhbətləri | Zəhərli tullantılar yerli icmalara və ətraf mühitə necə təsir edir?

 

Agora – Analitik Kollektiv sizi növbəti ictimai müzakirəsinə dəvət edir.

 

Mövzu: Zəhərli tullantılar yerli icmalara və ətraf mühitə necə təsir edir?

 

Təsvir:  Gədəbəyin Söyüdlü kəndində yerləşən qızıl mədəni ilə bağı son həftələrdə baş verən hadisələr bu tip mədənlərin zəhərli tullantılarının ekosistemə təsiri məsələsini gündəmə gətirdi (mövzu ilə bağlı saytımızda dərc olunmuş iki yazıda məlumat ala bilərsiniz: Söyüdlü kəndində narazılıq doğuran “qızıl sianidləşdirilməsi” nədir?Söyüdlü məsələsində nələr fərqli ola bilərdi?).

 

Qızıl mədənlərinin fəaliyyətinin standartlara uyğunluğunun monitorinqi ilə bağlı problemlər ölkə rəhbərliyi tərəfindən qəbul olunsa da, rəsmi səviyyədə ifadə olunan nəticələr təzadlıdır. Ötən həftə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Söyüdlü ərazisində atmosferdə zərərli qazların norma daxilində olduğunu bildirdi, lakin, qızıl mədəninin tullantı anbarının normativləri pozduğunu əlavə etdi. Gədəbəy qızıl mədəninin fəaliyyəti dayandırıldı. Yerli icmaların isə narahatçılıqları qalmaqdadır.

 

Bu müzakirənin məqsədi mütəxəssis və fəalların iştirakı ilə Söyüdlü nümunəsində qızıl mədənlərinin emal praktikalarının ətraf mühitə və yerli icmalara təsirini təhlil etməkdir.

 

Müzakirəçilər:

 

Kənan Xəlilzadə – Ecofront ətraf mühitin qorunması hərəkatı

Röya Mehdiyeva – Kimyaçı

Fərid Mehralızadə – İqtisadçı (Moderator)

 

Yer: İştirak Evi (Jalə Plaza, 5-ci mərtəbə –  Şamil Əzizbəyov 140)

 

Vaxt: 21 iyul, saat 19:00

 

Qeyd: Dəyirmi masa ətrafındakı müzakirənin qeydləri götürülərək xülasə formasında dərc olunacaq.

Müəllif
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv
Agora - Analitik Kollektiv müxtəlif sahələrdə fəaliyyət göstərən tədqiqatçılar və ekspertlər tərəfindən 2022-ci ildə qurulmuş müstəqil beyin mərkəzidir.

Paylaş